"Liverpul"un ulduzu Sadio Mane vətəni Seneqalda COVID-19 pandemiyası ilə mübarizə üçün xəstəxana tikdirir.
Sportal.az xəbər verir ki, 27 yaşlı hücumçunun agenti Byörn Bezemer futbolçunun doğulduğu Bambali qəsəbəsində işlərin start götürdüyünü deyib:
"Mane doğulduğu qəsəbəni müasir hala gətirmək istəyir. O, daha öncə Bambalidə böyük tədris ocağı inşa etdirmişdi"
İnşa işləri Maneyə 3,5 milyon avroya başa gələcək.
saytlarin hazirlanmasi