"Liverpul"un müdafiəçisi "Twitter"də azarkeşlərin suallarını cavablandırıb.
Sportal.az xəbər verir ki, 28 yaşlı niderlandlı futbolçu bir sıra maraqlı məqamlara toxunub:
- Ən sevdiyin animasiya hansıdır?
- "Kral Aslan".
- Ceymi Karraqer: "Hansı keçmiş "Liverpul"lu müdafiəçini örnək almısan?
- Sami Hyupya.
- Müdafiəçi olmasaydın, hansı mövqeydə oynamaq istəyərdin?
- "10 nömrə".
- Ən çox çətinlik çəkdiyin futbolçu kimdir?
- Premyer Liqada ən çətin rəqib Serxio Aquerodur.
- Ən sərt rəqib kim olub?
- Bir çox yaxşı futbolçuya qarşı oynadım. Yəqin ki, Lionel Messi.
- Karyeranın ən önəmli qolu?
- "Mançester Yunayted"ə vurduğum qolu deyə bilərəm.
- UEFA Champions League: "Çempionlar Liqasının himni səslənəndə özünü necə hiss edirsən?"
- Xüsusi. Tüklərim biz-biz olur.
- Hansı müdafiəçi ilə birgə oynamaq rahatdır?
- Co Qomes.
- 100 metrlik məsafəni kim daha tez qaçar: sən, Co Qomes, Endryu Robertson, yoxsa Trent Aleksander-Arnold?
- Ya mən, ya da Qomes.
- Karyeranda ən böyük uğur hansıdır?
- Bəhs ediləcək bir neçə amil var. Peşəkar futbolçu kimi karyera qurmaq, milli komandada oynamaq və təbii ki, Madriddə qazandığım Çempionlar Liqası.