"Mançester Siti"nin yarımmüdafiəçisi Kevin De Bruyne sosial şəbəkədə azarkeşlərin suallarını cavablandırıb.
Sportal.az xəbər verir ki, belçikalı futbolçu koronavirus pandemiyasına görə karyerasını 2 il gec başa vuracağını deyib:
"Həyat yoldaşıma 2 il artıq oynayacağımı dedim. Karantin bitəndən sonra evdə otura bilmərəm. İki həftədir evdəyəm. Startda uşaqlarım xəstə idi. Buna görə də narahat idim. Ancaq indi yaxşı vəziyyətdədirlər. 8-9 gün xəstə oldular. Belçikaya qayıtmadıq və burada karantində qaldıq".
28 yaşlı oyunçu 2015-ci ildən "şəhərlilər"də çıxış edir.
saytlarin hazirlanmasi