Almaniyanın “Bayern” klubu futbolçusu Tomas Müllerin müqaviləsini uzadıb.
Sportal.az xəbər verir ki, Münhen təmsilçisi 30 yaşlı hücumçu ilə 2023-cü ilin iyununa qədər saziş bağlayıb.
Alman futbolçu 2000-ci ildə "Bayern"in akademiyasına qatılıb. Müller bu mövsüm 35 oyunda 10 qol vurub, 17 assist edib.
saytlarin hazirlanmasi