"Bourissya"nın yarımmüdafiəçisi Mario Qötse komandadan ayrılacaq.
Sportal.az xəbər verir ki, bu barədə 27 yaşlı futbolçu özü məlumat verib: "Uzun istirahətdən sonra karyeramla bağlı qərar verdim. Agentimi dəyişdim. Gələcək karyeram üçün mühüm qərardır. Reza Fazeli və onun agent şirkəti ilə işləməyi səbirsizliklə gözləyirəm. Gələcəyimlə bağlı normal dünyaya qayıtdıqdan sonra qərar verəcəyəm".
Almaniya millisinin üzvünün Dortmund klubu ilə müqaviləsi mövsümün sonunda başa çatır.
saytlarin hazirlanmasi