Əşrəf: "İyunda qərar verməliyəm"

13:28 - 14 Aprel 2020

Almaniyanın "Borussiya" klubunda icarə əsasında çıxış edən Əşrəf Hakimi müqavilə ilə məxsus olduğu Madrid "Real"ı ilə gələcəyini müzakirə edəcək.

 

Sportal.az "Cadena Ser"ə istinadən xəbər verir ki, mərakeşli müdafiəçi Madrid təmsilçisinə dönəcəyini deyib: 

 

"Borussiya" ilə müqaviləm mövsümün sonunda yekunlaşır. Buna görə də "Real"a dönməyə məcburam. İyunda bir qərar verməliyəm. Ən yaxşı qərarı verməliyəm".

 

Dortmund təmsilçisi Əşrəf Hakimini 2018-ci ildə "Real"dan 2 illlik icarəyə götürmüşdü. 21 yaşlı oyunçunun Madrid klubu ilə müqaviləsi 2022-ci ilin yayında başa çatacaq.

Xəbər xətti