"Borussiya"nın futbolçusu məşqdə zədələndi

17:47 - 17 Aprel 2020

Sosial məsafəni qoruyaraq, məşqləri bərpa edən Dortmund "Borussiya"sı ciddi itki ilə üzləşib.

 

Sportal.az xəbər verir ki, komandanın müdafiəçisi Dan-Aksel Zaqadu hazırlıq zamanı sıradan çıxıb. Klub fransız futbolçunun dizindən ciddi zədələndiyini açıqlayıb.

 

20 yaşlı oyunçunun hansı müddətdə geri dönəcəyi barədə məlumat verilməyib.

Xəbər xətti