Şürrle Moskva klubundan ayrılır

12:31 - 18 Aprel 2020

Rusiyanın "Spartak" klubu Dortmund "Borussiya"sından icarəyə götürdüyü Andre Şürrle ilə yolları ayıracaq.

 

Sportal.az xəbər verir ki, Moskva klubunun baş direktoru Tomas Çorn “Bild”ə açıqlamasında bu barədə məlumat verib.

 

"Spartak" 29 yaşlı vingeri 2019-cu ilin yayında 7 milyon avroluq satın alma şərti ilə icarəyə götürmüşdü. Almaniya millisinin üzvü 18 oyunda 2 qol vurub.

Xəbər xətti