Koronavirusa görə dayandırılan Almaniya futbol liqaları bərpa edilə bilər.
Sportal.az xəbər verir ki, çempionat oyunları üçün yeni qaydalar tətbiq ediləcək. Liqaların mayda bərpa ediləcəyi gözlənilir.
Oyunlarda tətbiq ediləcək qaydalar:
- Paltardəyişmə otağında futbolçular kiçik qruplarda olacaq. Futbolçular oyundan sonra duş almaq üçün evlərinə yollanmalıdır;
- Meydana maskot və uşaqlar çıxmayacaq;
- Futbolçular oyundan öncə salamlaşmayacaq;
- Oyundan öncə kollektiv foto çəkilməyəcək;
- Oyun günü stadiona ümumilikdə 126 insanın girişinə icazə veriləcək. Hər komandadan 8 işçi, 4 topdaşıyan olacaq və 300 mühafizəçinin sayı 30-a endiriləcək. Hər klubdan 8-10 rəsmi nümayəndə oyuna gələr.
- Fotoqrafların meydandakı yerləri dəyişdiriləcək və çıxış tunelinin arxasında yerlərşdiriləcəklər.
saytlarin hazirlanmasi