"Borussiya" Sançonun müqaviləsini uzadır

11:06 - 24 Aprel 2020

“Borussiya” yarımmüdafiəçisi Ceydon Sanço ilə yeni müqavilə imzalamağa hazırlaşır.

 

Sportal.az xəbər verir ki, Dortmund klubu 20 yaşlı futbolçuya ilinə 10 milyon avro ödəməyə hazırdır. İngiltərə millisinin üzvü hazırda ilinə 6 milyon avro maaş alır.

 

Sançonun “Borussiya” ilə müqaviləsi 2022-ci ilin yayında başa çatır.

Xəbər xətti