"Everton"un futbolçusu karantinə məhəl qoymadı, evinə qızları çağırdı

12:45 - 26 Aprel 2020

“Everton”un hücumçusu Moyze Kin koronavirusa görə tətbiq edilən karantin qaydalarına məhəl qoymayıb.

 

Sportal.az "The Sun" nəşrinə istinadla xəbər verir ki, italiyalı futbolçu mənzilinə dostları və qızları çağırıb. 20 yaşlı hücumçunun dostları qızlarla əyləndiyi şəkilləri "Karantindən təmizlənmə" başlığı ilə paylaşıblar.

 

Liverpul təmsilçisi Fil Dişi Sahili əsilli futbolçunun hərəkətindən üzüldüyünü açıqlayıb: “Kin hökumətin çağırışını və klubun koronavirusla bağlı siyasətini pozub. Onun hərəkətindən təəssüflənir və bunun yolverilməz olduğunu hesab edirik”.

 

"Everton" İtaliya millisinin üzvünü 2019-cu ilin yayında "Yuventus"dan 27,5 milyon avroya transfer edib.

Xəbər xətti