Klopp "Liverpul"a qazandırdığı ən yaxşı futbolçunu açıqladı

17:17 - 26 Aprel 2020

"Liverpul"un baş məşqçisi Yurgen Klopp klubda çalışdığı dönəm komandaya qazandırdığı ən yaxşı futbolçunu açıqlayıb.

 

Sportal.az xəbər verir ki, alman mütəxəssis Trent Aleksander-Arnoldu fərqləndirib. 52 yaşlı çalışdırıcı ingilis futbolçunun inkişafı üçün çox çalışdıqlarını söyləyib.

 

"Trenti əsas heyətə götürmək məcburiyyətində deyildik. Sadəcə, onu köməkçim Pep Linders gətirdi: "Gənclər komandasında yarımmüdafiə və müdafiənin cinahlarında oynayıb". Əsas komanda ilə hazırlaşmağa başladı. Amma bir ptoblemi var idi: fiziki cəhətdən kifayət qədər yaxşı deyildi. Trent çox gənc idi, ancaq dərhal gördük ki, bacarıqlarına şübhə ola bilməz. Fiziki inkişafı üçün çox çalışdıq. Sonra öz-özünə inkişaf etməyə başladı. Bu, sadəcə, inanılmaz idi. Çalışmaqdan imtina etmədi", - Klopp "Daily Mirror"a açıqlayıb.

 

21 yaşlı sağ cinah müdafiəçisi "qırmızılar"ın yetirməsidir. O, 2016-cı ildə əsas komandada debüt edib.

 

"Liverpul" Klopp gəldikdən sonra Sadio Mane, Məhəmməd Salah, Alisson Beker, Vircil van Dayk, Corcino Veynaldum, Endryu Robertson kimi futbolçular transfer edib.

Xəbər xətti