Kassano: "Holand heç kimdən qorxmayan heyvandır"

17:48 - 26 Aprel 2020

İtaliya millisinin keçmiş üzvü Antonio Kassano Dortmund "Borussiya"sının hücumçusu Erlinq Holandla bağlı fikirlərini bölüşüb.

 

Sportal.az xəbər verir ki, 37 yaşlı veteran futbolçu norveçli oyunçunu "Zalsburq"da çıxış edərkən "Yuventus"a almalı olduğunu tövsiyə edib.

 

"O, "Zalsburq"da oyayanda Pyero Ausiloya tövsiyə etdim ki, bu futbolçunu alın. O bildirdi ki, artıq Holandı izləyirlər. Komanda üçün qol vurur, hər iki ayağı ilə necə oynayacağını bilir. O, heyvandır, qorxmur və heç kimdən çəkinmir".

 

19 yaşlı futbolçu qış fasiləsində "Zalsburq"dan "Borussiya"ya keçib. Norveçli futbolçu Dortmund klubunda 8 oyunda 9 qol vurub.

Xəbər xətti