Öldüyü deyilən futbolçu sağ imiş

00:00 - 6 May 2020

“Şalke”nin 2016-cı ildə avtomobil qəzasında dünyasını dəyişdiyi açıqlanmış futbolçusu Hiannik Kamba barədə yayılan son xəbər hamını heyrətləndirib.

 

Sportal.az “Bild”ə istinadən xəbər verir ki, konqolu futbolçu sağdır və Almaniyanın Rur bölgəsində yaşayır. 33 yaşlı keçmiş müdafiəçi energetika şirkətində kimya mühəndisidir.

 

Kambanın 2016-cı ildə dostları ilə Konqoda avtomobil qəzasında dünyasını dəyişdiyi açıqlanmışdı. Məlumata görə, bu xəbəri onun həyat yoldaşı qəsdən yayıb.

 

Məhkəmə futbolçunun keçmiş həyat yoldaşına qarşı iş açıb. Onun Kambanın ölümünü saxtalaşdıran qadın 6 rəqəmli məbləğdə sığorta pulu aldığı bildirilir. O, sığorta şirkətinə ölümlə bağlı saxta sənədlər verib və pula yiyələnib.

Xəbər xətti