Almaniya Bundesliqasının bərpa vaxtı məlum olub.
Sportal.az "Bild"ə istinadən xəbər verir ki, çempionatın oyunları mayın 16-da bərpa ediləcək.
Almaniya höküməti Bundesliqa və II Bundesliqanın mayın 2-ci yarısından sonra davam etdirilməsinə icazə verib.
"Yığmanın çalışdırıcısı olaraq, əlbəttə, milli üzvlərinin rəqabət rejiminə başlamalarına sevinirəm. Bu, milli komanda üçün önəmli addımdır", - Almaniya millisinin baş məşqçisi Yoahim Löv deyib.
Almaniyada futbol liqaları martın ortasında COVID-19 pandemiyasına görə dayandırılmışdı.
saytlarin hazirlanmasi