"Leyptsiq"dəki işi ilə diqqət mərkəzində olan idman direktoru Ralf Ranqnik "Milan"la danışıq aparıb.
Sportal.az xəbər verir ki, 61 yaşlı mütəxəssis "Bild"ə açıqlamasında bu barədə məlumat verib:
"Milan" rəsmiləri mənimlə əlaqə qurdu və baş məşqçi vəzifəsi ilə maraqlanıb-maraqlanmadığımı soruşdular. Onlara dedim ki, agentimlə danışın. Onlar agentimlə görüşüb. Bu söhbətdən sonra koronavirus bəlası gəldi və problemlər çıxdı. İtaliyada futbol mövsümü müəmmalıdır".
2006-2011-ci illərdə "Hoffenhaym"ı çalışdıran alman mütəxəssis bu komandanı həvəskar liqadan Bundesliqaya daşıyıb. Ranqnik daha sonra "Şalke" və "Leyptsiq"i çalışdırıb.
saytlarin hazirlanmasi