Futbol mövsümünü bərpa etməyə hazırlaşan Almaniyada Klublar Birliyinin iclası keçirilib.
Sportal.az xəbər verir ki, videokonfransda IFAB-ın (Beynəlxalq Futbol Assosiasiyaları Şurası) oyun ərzində 5 futbolçu əvəzlənməsi ilə bağlı qəbul etdiyi qərar müzakirə edilib.
Mayın 16-da bərpa ediləcək Bundesliqa və II Bundesliqada yeni qayda tətbiq ediləcək. Mövsümün iyunun 28-də tamamlanması gözlənilir.
5 oyunçu dəyişikliyi dekabrın 31-dək qüvvədə olacaq.
saytlarin hazirlanmasi