Azərbaycanlı futbolçu Rusiya Premyer Liqasında çıxış edəcək

17:36 - 15 May 2020

Koronavirus pandemiyasına görə dayandırılan Rusiya Milli Futbol Liqasında mövsümün ləğv edilməsinə qərar verilib.

 

Sportal.az xəbər verir ki, qurum 27 turdan sonra turnir cədvəlində 1-2-ci yerləri bölüşdürən "Rotor" və "Ximki" klublarının Premyer Liqaya yüksəldiyini açıqlayıb.

 

Azərbaycanın U-20 millisinin keçmiş üzvü Kamran Əliyev "Ximki"də çıxış edir. Komandanı "Simurq"un sabiq baş məşqçisi Sergey Yuran çalışdırır.

 

21 yaşlı hücumameyilli futbolçu mövsümü 10 qolla başa vurub.

Xəbər xətti