"Spartak" "Krılya Sovetov"un hücumçusunu transfer etdi

17:17 - 18 May 2020

Rusiyanın "Spartak" klubu "Krılya Sovetov"dan icarəyə götürdüyü Aleksandr Sobolevi transfer edib.

 

Sportal.az xəbər verir ki, klub saytı müqavilənin şərtləri barədə açıqlama verməyib.

 

"Qırmızı-ağlar" 23 yaşlı hücumçunu qış fasiləsində icarəyə götürmüşdü. Rus futbolçu bu mövsüm Premyer Liqada keçirdiyi 21 oyunda 10 qol vurub, 4 assist edib.

Xəbər xətti