"Səbail"in futbolçusu Hendrik Ekşteynin keçmiş agenti Mxize Palesa "Soccer Laduma" nəşrinə açıqlama verib.
Sportal.az xəbər verir ki, agent cənubi afrikalı futbolçu ilə əməkdaşlığa son verməsindən danışıb:
"Ounla maraqlanmayacağımı açıq şəkildə demişəm. Hendriklə işim yoxdur, ona uğurlar arzu edirəm. Ona qarşı kinim yoxdur. Onu Avropaya apardım, ancaq Ekşteyn məni başqa agentə görə atdı. Belə xarakterli biri ilə işləməyə dəyməz. O, ikinci dəfədir mənə qarşı belə etdi.
"Kayzer Çifs"ə keçəndən sonra məndən ayrılmışdı və başqa agentlə anlaşmışdı. Yenidən mənimlə çalışmağa başlayanda yaxşı oyun nümayiş etdirməyə başladı. Danışıqların buna təsir edib-etmədiyini deyə bilmərəm".
Ekşteyn 2019-cu ilin yayında "Kayzer Çifs"dən ayrıldıqdan sonra "Sabah"a transfer olmuşdu. 29 yaşlı yarımmüdafiəçi qış fasiləsində "Səbail"ə keçmişdi.
saytlarin hazirlanmasi