“Ersgebirge”nin futbolçusu Dmitri Nazarov açıqlama verib.
Sportal.az xəbər verir ki, 30 yaşlı futbolçu Almaniya II Bundesliqasının 27-ci turunda “Nürnberq”lə səfər oyununda qol vurduqdan sonra ehtiyat oyunçular skamyasına tərəf qaçaraq, klubun meneceri Tomas Romeykeni qucaqlayıb. Nazarov qolu belə qeyd etməyinin səbəbini açıqlayıb:
“Oyuna gəldiyimiz vaxt o, avtobusumuzun sükanı arxasında idi. Birdən qarşımıza təpədən uçan BMW düşdü. Məhz Romeyke cəld reaksiyası sayəsində həyatımızı xilas etdi. Əks halda, kim bilir, nə baş verəcəkdi. Buna görə də qolu vurduqdan sonra Romeykeni qucaqladım. Bilirəm ki, qolu bu cür qeyd etməyə icazə yoxdu. DFB-nin humanistlik göstərəcəyinə ümidvaram”.
saytlarin hazirlanmasi