Son vaxtlar idman dünyasını ciddi narahat edən məsələlərdən biri də qəfil ölüm hallarıdır.
Sportal.az xəbər verir ki, I dərəcəli idman həkim Seyfəddin Məmmədov Sportinfo.az-a müsahibəsində bu haqda sualları cavablandırıb:
- Qəfləti ölüm nədir?
- İdmanda qəfləti ölüm dedikdə, idmançının fiziki yükün icrası zamanı və eləcə də, ilk siptomların təzahür etdiyi vaxtdan 24 saat müddətində baş verən hallar başa düşülür.
- Qəfləti ölüm hansı səbəbdən baş verir?
- Dembonun təsnifatına görə idman məşğələləri zamanı baş verən qəfləti ölüm halları 3 qrupa bölünür. Birincisi, əvvəllər mövcud olan anadangəlmə qüsurlar, irsi xəstəliklər və patoloji vəziyyətlər aiddir. Andersona görə gizli və qabaqcadan təyin olunmayan ürək xəstəlikləri idmançılar arasında qəfləti ölüm hadisələrinin başlıca səbəbini bu qrupa aid edib. İkincisi, qeyri-adekvat fiziki yükün (düzgün aparılmayan məşq) tətbiqi nəticəsində baş vermiş kəsgin pataloji vəziyyətlər (bura aiddir: ürək əzələsinə qan sızma, tac damarlarında miokardın infartı və. s). Üçüncüsü, fiziki yüklərin icrası zamanı baş vermiş travmalar (başın, döş qəfəsinin, qarın nahiyyəsinin).
- Qəfləti ölümə səbəb olan risq qrupları hansılardır?
- Bu risk qruplarına xroniki yolxucu xəstəlik ocaqlarının olması, xronoki xəstəliklər, həddən artıq yorulma, farmakoloji vasitələrdən istifadə edilməsi(dopinq qrup maddələr), alkoqol və nikotin intoksikasiyaları, açıq hava şəraitində uzun müddət yaş paltarda olma, mayenin az qəbul edilməsi, kəsgin psixoloji stres, yarış şəraiti, insanın fərdi xüsusiyyətləri və.s aiddir. Həkimlər idmançıda bu risk qrupundan birini aşkar edərsə, həmin idmançını nəzarətə götürməlidir.
- Nəyə görə səhiyyəsi və tibbi avadanlıqları güclü olan inkişaf etmiş ölkələrdə də (Avropa, Amerika və. s) qfəti ölüm baş verir?
- Bəzən ürək və beyin qan damarlarında elə anomaliyalar olur ki, onu tibbi cihazlar üzə çıxara bilmir. Artıq verilən fiziki yük zamanı həmin damarların partlaması zamanı qanaxmalar qəfləti ölümə səbəb olur. Bəzən həkim nəzarətinin düzgün təşkil olmamasından da qəfləti ölüm baş verir.
- Qəfləti ölüm hallarının profilaktikasının əsas istiqamətləri hansılardır?
- Bu, əsasən 3 istiqamətdə aparılır. Birincisi, baş ağrıların, taxikardiya tutmalarının, döş qəfəsi ağrılarının, tez yorulmaların və.s halların araşdırılması vacibdir. Eyni zamanda proflaktik məqsədlə, ailə üzvüləri arasında gənc yaşlarında miokard infarktı və beyin insultları, ürək qüsurları səbəbi ilə qəfləti ölüm hallarının olub-olmaması və.s, bundan əlavə şəkərli diabet, 12 barmaq bağırsağın xorası, ailəvi spontan pnevmotoraks kimi xəstəlikləri araşdırılmalıdır. İkincisi, fiziki yükün tətbiqi zamanı, yük götürüldüyü dövrdə və sakitlik halında fiziki və instrumental müayinələri aparılması. İdmançılar özündə xoşagəlməz bir hal hiss etdikdə dərhal həkim nəzarətinə götürülməsi. Üçüncüsü, əlavə risk faktorlarının maksimal dərəcədə kənarlaşdırılması-infeksiya ocaqlarının sonasiyası, sınaqdan keçməmiş və dopinq qrupuna aid farmakoloji preparatlardan istifadənin qadağan edilməsi, alkoqol qəbul və siqaretdən istifadənin qarşısının alınması və.s. Qəfləti ölümün baş verməməsi üçün həkimin, məşqiçinin və idmançının birgə fəaliyyəti çox vacibdir.