Azərbaycan milli komandasının keçmiş futbolçusu Vəli Qasımov vaxtilə çıxış etdiyi Rusiyanın “Dinamo” və “Spartak” klublarındakı məvacibinin məbləğini açıqlayıb.
Sportal.az "Championat"a istinadla xəbər verir ki, keçmiş hücumçu müasir futbolla müqayisədə az qazandığını deyib:
“O vaxtlar maaşlar az idi, bonuslarla yaşayırdıq. “Spartak”dakı bonusum “Dinamo”dakından çox idi. “Spartak”da qələbə üçün 500 dollar, “Dinamo”da isə 250 dollar verirdilər. Ancaq hər iki klubdan aldığım maaş eyni idi. Təxminən 2-3 min rubl idi. Biz müasir futbolçular kimi çoxlu pul almırdıq”.
Vəli Qasımov 1992-ci ildə “Dinamo”nun heyətində Rusiya çempionatının bombardiri olub.
saytlarin hazirlanmasi