“Sabah”ın və Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev “Spartak”da intizamsızlığa görə əvəzedici komandaya göndərilən Ayaz Quliyevə dəstək olub.
Sportal.az xəbər verir ki, o, Ayazla fotosonu "Instagram"da hekayə bölməsinə yerləşdirib: “Qardaş, ən başlıcası səbrdir”.
Daha sonra 24 yaşlı hücumçu erməni məşqçi Aleksandr Qriqoryanın Ayaz Quliyevi müdafiə etməsi ilə bağlı bunları yazıb: “Qardaşımızı dəstəkləyən birinci şəxs. Həm gülməli, həm də kədərlidir, uşaqlar”.
Ramil Şeydayev Rusiya millisinin sabiq üzvü Aleksandr Mostovoyun “Ayaz Quliyevin gedişi “Spartak” üçün itki olmayacaq” fikrinə də cavab verib: Şeydayev “Bəs yerdə qalanların hamısı üstündür?”.
saytlarin hazirlanmasi