"Bayern" "Barselona"dan icarəyə götürdüyü Filippe Koutinyo ilə bağlı qırar verib.
Sportal.az "Bild" nəşrinə istinadla xəbər verir ki, Münhen təmsilçisi braziliyalı yarımmüdafiəçinin transfer hüququna yiyələnməyəcək.
27 yaşlı futbolçunun icarə müqaviləsi iyunun 30-dək nəzərdə tutulub. O, müqavilə ilə məxsus olduğu "Barselona"ya qayıdacaq.
Katalonlar Koutinyonu 2018-ci ilin yanvarında "Liverpul"dan 145 milyon avroya transfer etmişdi. Braziliya millisinin üzvü 2019-cu ilin yayında "Bayern"ə icarəyə verilib. Koutinyo 22 oyunda 8 qol vurub, 6 assist edib.
saytlarin hazirlanmasi