İvanoviç "Zenit"dən ayrılır

13:54 - 8 İyun 2020

Serb müdafiəçi Branislav İvanoviç yayda "Zenit"i tərk edəcək.

 

Sportal.az "Sportski žurnal"a istinadla xəbər verir ki, 36 yaşlı futbolçu Sankt-Peterburq klubu ilə müqavilənin uzadılması ilə bağlı aparılan danışıqda anlaşa bilməyib.

 

İvanoviçin gələcək taleyi ilə bağlı hələ qərar vermədiyi vurğulanıb. Onun karyerasını bitirməsi və ya Serbiyanın "Srvena Zvezda" klubuna keçməsi mümkündür.

 

"Çelsi"nin keçmiş futbolçusu 2017-ci ildən "Zenit"də oynayır.

 

Xəbər xətti