“Lokomotiv” müdafiəçisi Benedikt Hövedeslə yollarını ayrırıb.
Sportal.az klubun saytına istinadla xəbər verir ki, Moskva 32 yaşlı futbolçu ilə müqaviləni qarşılıqlı razılaşma əsasında pozub. Almaniya millisinin keçmiş üzvü ailə səbəblərinə görə Rusiya klubundan ayrılıb.
Hövedes 2018-ci ildə "Şalke"dən "Lokomotiv"ə keçmişdi.
saytlarin hazirlanmasi