Almaniya kubokunun yarımfinalında "Ayntraxt"la matçda zədələnən "Bayern"in futbolçusu Tyaqo Alkantaranın vəziyyətinə aydınlıq gəlib.
Sportal.az xəbər verir ki, ispan futbolçu ən azı 3 həftəlik sıradan çıxıb. 29 yaşlı yarımmüdafiəçi qasıq nayihəsindən əməliyyat edilib.
Alkantaranın iyulun 4-də ölkə kubokunun finalında "Bayer"lə matça yetişəcəyi gözlənilir.
Tyaqo bu mövsüm 35 oyun keçirib, 3 qol vurub və 2 assist edib.
saytlarin hazirlanmasi