Bu gün Almaniya Bundesliqasında 32-ci tura start veriləcək.
Sportal.az xəbər verir ki, turnir cədvəlinin lideri "Bayern" Bremendə "Verder"in qonağı olacaq. Münhen təmsilçisi bu oyunda qalib gəlsə, sona iki tur qalmış çempionluğunu rəsmiləşdirəcək.
Əgər bu "Bayern" qələbə qazansa, ardıcıl 8-ci dəfə Bundesliqa çempionu olacaq. Münhenlilər ən yaxın təqibçisi Dortmund "Borussiya"sını 7 xal qabaqlayır.
Ötən tur cəza səbəbindən oynamay Robert Levandovski və Tomas Müller bu matçda meydana çıxa biləcəklər.
"Bayern" 29 dəfə ölkə çempionu adını qazanıb. "Nürnberq"in hesabında 9, Dortmund "Borussiya"sının 8 çempionluğu var.
"Verder" - "Bayern" qarşılaşması Bakı vaxtı ilə 22:30-da start götürəcək.
saytlarin hazirlanmasi