PSJ ilə müqaviləsi iyunun 30-da başa çatacaq Toma Mönye karyerasını Almaniyada davam etdirə bilər.
Sportal.az "Bild"ə istinadla xəbər verir ki, "Borussiya" 28 yaşlı sağ cinah müdafiəçisi ilə anlaşmaq üzrədir. Danışıqlar müsbət yekunlaşsa, belçikalı futbolçu Dortmund klubu ilə rəsmi müqavilə bağlayacaq.
Avropanın bir çox klubundan təklif alan müdafiəçi "Borussiya"dakı həmyerliləri - Aksel Vitsel və Torqan Hazarda görə dortmundulara keçməyə qərar verib.
Mönye 2016-cı ildə "Brügge"də PSJ-yə keçmişdi. Belçika millisinin üzvü Paris klubunda 128 oyun keçirib, 13 qol vurub və 21 assist edib.
saytlarin hazirlanmasi