Rusiya Premyer Liqasında biabırçılıq - VİDEO

10:00 - 20 İyun 2020

Rusiya Premyer Liqasında 2019/2020 mövsümü bərpa edilib.

 

Sportal.az xəbər verir ki, 23-cü tur oyunları çərçivəsində “Soçi” “Rostov”u qəbul edib.

 

Oyundan bir neçə gün öncə “Rostov”un altı futbolçusu koronavirusa yoluxduğu üçün komanda karantinə alınıb. Klub oyunun təxirə salınmasını istəsə də, "Soçi" razılaşmayıb. Bu səbəbdən "Roston" meydana 16-19 yaşlı oyunçular ilə yollanıb.

 

Qarşılaşma "Soçi"nin 10:1 hesablı qələbəsi ilə yekunlaşıb. “Rostov”un 17 yaşlı qapıçısı Denis Popov 10 qol buraxsa da, 15 dəfə qurtarış edib, bir penalti dəf edib və qarşılaşmanın ən yaxşı oyunçusu seçilib. Popov Premyer Liqa tarixində bir oyunda ən çox seyv edən qapıçı olub. "Rostov"un qolunu 1-ci dəqiqədə 17 yaşlı Roman Romanov vurub.

 

"Rostov" - "Soçi" - 10:1

Qollar: Andrey Mostovoy, 6, Aleksandr Kokorin, 15, 44, 51, Anton Zabolitni, 45+2, 47, İvan Navoseltsev, 53, Dmitri Poloz, 74, 86, Nikita Koldunov, 87 - Roman Romanov, 1

 

Xəbər xətti