"Bayern"in hücumçusu Robert Levandovski daha bir rekorda nail olub.
Sportal.az xəbər verir ki, Bundesliqanın 33-cü turunda "Frayburq"la matçda (3:1) dubl edən polşalı hücumçu bu mövsüm çempionatda 33-cü qolunu vurub.
Levandovski bu göstərici ilə Bundesliqada bir mövsüm ərzində ən çox qol vuran əcnəbi futbolçu olub. 31 yaşlı futbolçu "Borussiya"nın (Dortmund) keçmiş hücumçusu Pyer-Emerik Obameyanqın göstəricisini yaxşılaşdırıb. Qabonlu futbolçu bir mövsümdə 31 qol vurmuşdu.
Bundesliqada bir mövsüm ərzində ən çox qol vuran oyunçu isə "Bayern"in əfsanəsi Gerd Müllerdir. Almaniyalı futbolçu 40 qolla rekorda imza atıb.
saytlarin hazirlanmasi