Almaniyanın “Auqsburq” klubunun futbolçusu Stefan Lixtştayner komandadan ayrılıb.
Sportal.az xəbər verir ki, 36 yaşlı müdafiəçinin başa çatan müqaviləsi uzadılmayıb.
İsveçrə millisinin keçmiş üzvü “Yuventus”, “Latsio”, “Arsenal” kimi klublarda da çıxış edib. Təcrübəli oyunçu ötən yay Bundesliqa klubuna keçmişdi. O, başa çatan mövsüm 20 oyunda 1 assist edib.
saytlarin hazirlanmasi