Loik Remi İtaliya klubu ilə anlaşdı

17:17 - 30 İyun 2020

Fransa millisinin keçmiş üzvü Loik Remi "Lill"dən ayrılıb.

 

Sportal.az xəbər verir ki, 33 yaşlı hücumçu karyerasını İtaliyada davam etdirəcək. O, A Seriyasına vəsiqə qazanan "Benevento" ilə anlaşıb.

 

Remi tibbi müayinədən keçdikdən sonra 3 illik müqavilə imzalayacaq.

 

Fransalı forvard "Lion", "Nitsa", "Marsel", KPR, "Nyukasl", "Çelsi", "Kristal Pelas", "Las Palmas" və "Xetafe" klublarında çıxış edib. Remi ötən mövsüm 20 oyunda 7 qol vurub.

Xəbər xətti