"Bayern" İvan Perişiçlə bağlı qərar verdi

17:02 - 2 İyul 2020

"Bayern" "İnter"dən icarəyə götürdüyü İvan Perişiçlə bağlı qərar verib.

 

Sportal.az xəbər verir ki, Münhen təmsilçisi xorvatiyalı futbolçunun transfer hüququna yiyələnməkdən imtina edib. 31 yaşlı cinah futbolçusu müqavilə ilə məxsus olduğu Milan təmsilçisinə dönəcək.

 

"Bayern" Perişiçi 2019-cu ilin yayında 5 milyon avroya icarəyə götürmüşdü. O, 30 oyunda 6 qol vurub, 9 assist edib.

Xəbər xətti