"Səbail"in əcnəbi futbolçusu ölkəsinə yollandı

12:04 - 9 İyul 2020

“Səbail”in qapıçısı Aleksandr Rıbka Azərbaycanı tərk edib.

 

 

Sportal.az xəbər verir ki, ukraynalı qolkiper ölkəsinə qayıdıb.

 

Rıbka bir müddət əvvəl Ukrayna mətbuatına müsahibəsində “Səbail”in onun ölkəsinə qayıtmasına qarşı olduğunu bildirmişdi.

 

33 yaşlı qolkiper 2019-cu ildən "dənizçilər"də çıxış edir. O, bu mövsüm 11 oyunda qapısında 14 top görüb. Rıbka 4 qarşılaşmada qapsını toxunulmaz saxlayıb.

Xəbər xətti