Albaniya prezidenti İlir Meta italiyalı mütəxəssis Canni De Byazinin Azərbaycan millisinə baş məşqçi təyin olunmasından yazıb.
Sportal.az xəbər verir ki, o, 64 yaşlı çalışdırıcıya uğurlar arzu edib:
"Canni De Byazinin sayəsində Azərbaycanla yeni əlaqələrimiz olacaq. Bu təyinata görə sevindim və ona çoxlu uğur arzulamaqdan məmnumam. Bizim üçün dəyərli olan De Byazini heç vaxt unutmarıq".
De Byazi 2011 - 2017-ci illərdə Albaniya yığmasına başçılıq edib. O, 2016-cı ildə bu komandanı tarixində ilk dəfə Avropa çempionatının final mərhələsinə çıxarıb.
saytlarin hazirlanmasi