Kavani Bekhemin komandasından imtina etdi

16:33 - 14 İyul 2020

PSJ-dən ayrılan Edinson Kavani karyerasını ABŞ-da davam etdirməkdən imtina edib.

 

Sportal.az xəbər verir ki, İngiltərə millisinin keçmiş üzvü Devid Bekhemin sabiq olduğu "İnter Mayami" klubu uruqvaylı hücumçuya müqavilə təklif edib. Ancaq 33 yaşlı hücumçu Avropada qalmaq istədiyi üçün təklifi qəbul etməyib.

 

Kavani ötən mövsüm 22 oyunda 7 qol vurub.

 

Xəbər xətti