"Milan" mövsümün sonunda komandadan ayrılacağı gözlənilən Zlatan İbrahimoviçin yerinə hücumçu tapıb.
Sportal.az xəbər verir ki, "qırmızı-qaralar" son mövsümü icarə əsasında "Leyptsiq"də keçirən "Roma"nın hücumçusu Patrik Şiki transfer etmək istəyir.
"Leyptsiq" 2019-cu ildə 3,5 milyon avroya icarəyə götürdüyü hücumçunu ucuz qiymətə almaq üçün "Roma" ilə danışıq aparır. Ancaq "Milan"ın bu transfer yarışında favorit olduğu bildirilir.
24 yaşlı çexiyalı hücumçu ötən mövsüm Bundesliqada 22 oyunda 10 qol vurub.
saytlarin hazirlanmasi