"Çelsi" "Bayer"in yarımmüdafiəçisi Kay Havertsi almaq fikrindədir.
Sportal.az "The Athletic" nəşrinə istinadla xəbər verir ki, London təmsilçisi bu keçidi 80 milyon avroya bitirmək üzrədir.
Məlumata görə, Almaniya millisinin üzvü Frenk Lempardın rəhbərliyi ilə "zadəganlar"da oynamaq arzusundadır.
Alman futbolçu 11 yaşından "Bayer"in akademiyasındadır. Havertsin Leverkuzen klubu ilə müqaviləsi 2022-ci ilin yayında bitir. Gənc oyunçu bu mövsüm 35 oyunda 12 qol vurub, 8 assist edib.
saytlarin hazirlanmasi