"Səbail"də daha dörd müqavilə

00:45 - 21 İyul 2020

"Səbail" daha dörd futbolçusunun müqaviləsini uzadıb.

 

Sportal.az klubun saytına istinadla xəbər verir ki, Rauf Əliyev, Mabidi Çikito Lema, Elxan Əhmədov və Kamal Bayramov daha bir mövsüm "dənizçilər"də çıxış edəcək.

 

Paytaxt təmsilçisi Orxan Qurbanlı, Bahadur Həziyev, Adil Nağıyev, Peyman Keşavarz və Elçin Rəhimlinin də müqaviləsini bir il uzatmışdı.

Xəbər xətti