"Mançester Siti" "Bornmut"un müdafiəçisi Natan Akeni transfer etməyə yaxındır.
Sportal.az "Guardian"a istinadla xəbər verir ki, "şəhərlilər" niderlandlı futbolçunun keçidini 35 milyon funt-sterlinqə tamamlamaq üzrədir.
Niderland millisinin üzvünün "gilaslar"a 2022-ci ilə qədər müqaviləsi olsa da, o, komandadan ayrılmaq fikrindədir. "Şəhərlilər"in baş məşqçisi Pep Qvardiola 25 yaşlı müdafiəçinin oyun stilini bəyəndiyi üçün rəhbərlikdən bu transferi tələb edib.
"Bornmut" Akeni 2017-ci ildə "Çelsi"dən 22,8 milyon avroya transfer edib. O, bu mövsüm Premyer Liqada keçirdiyi 29 oyunda 2 qol vurub, 2 assist edib.
saytlarin hazirlanmasi