“Mançester Yunayted” heyətini gücləndirmək və növbəti mövsüm üçün transferlər etmək niyyətindədir.
Sportal.az xəbər verir ki, "qırmızı şeytanlar"ın hədəfində Ceydon Sanço, Federiko Kyesa və Ben Çilvel kimi futbolçular var. Klub bu siyahıda əsas fikrini Sançoya yönələdəcək.
Müqavilə ilə “Borussiya”ya (Dortmund) məxsus olan Sançonun keçidi üçün alman klubu “Mançester Yunayted”dən 100 milyon funt-sterlinq tələb edir. İngilis klubu isə futbolçuya görə 70 milyon ödəmək niyyətindədir.
İngiltərə millisinin üzvü olan 20 yaşlı Sanço 2017-ci ildən “Borussiya”nın şərəfini qoruyur. Cinah yarımmüdafiəçisi olan futbolçu bu müddətdə 78 oyunda iştirak edib, 30 dəfə fərqlənib.
Məhəmməd TAĞIYEV