Canni De Byazi: “Bütün diqqətimi Azərbaycan millisinə yönəltmişəm”

10:56 - 24 İyul 2020

Azərbaycan millisinin yeni baş məşqçisi Canni De Byazi "Radio Bruno"ya müsahibə verib.

 

Sportal.az xəbər verir ki, italiyalı mütəxəssis diqqətini yeni işinə verdiyini deyib:

 

“İndi bütün diqqətimi Azərbaycan millisinə yönəltmişəm. Yeni işimə başlamaq üçün səbirsizəm. Yenidən baş məşqçi kimi fəaliyyətə başlayıram. Albaniya yığmasından sonra yeni çağırış axtarışında idim”.

 

64 yaşlı mütəxəssis AFFA ilə 1,5 illik müqavilə imzalayıb.

Xəbər xətti