"Liverpul"un futbolçusunun evi soyuldu

16:16 - 24 İyul 2020

"Liverpul"un futbolçusu Fabinyonun evi soyulub.

 

Sportal.az xəbər verir ki, hadisə 26 yaşlı yarımmüdafiəçinin Premyer Liqa çempionluğunu bayram etdiyi gün baş verib. Braziliyalı futbolçunun evdə olmadığından istifadə edə quldurlar zinət əşyaları və avtomobil aparıblar.

 

Xuliqanlar avtomobili Uiqan bölgəsində yol kənarında qoyub gediblər. Hadisə ilə bağlı polis araşdırmaya başlayıb.

Xəbər xətti