"Zenit" "Liverpul"un futbolçusu Deyan Lovreni transfer etmək üzrədir.
Sportal.az "Liverpool Echo" nəşrinə istinadla xəbər verir ki, "qırmızılar" Rusiya klubunun 11 milyon funt-sterlinqlik təklifini qəbul edib. Növbəti həftə 31 yaşlı müdafiəçinin Sankt-Peterburq təmsilçisinə transferi tamamlanacaq.
Lovren 2+1 illik müqavilə imzalayacaq. Onun illik maaşı 2,5 milyon avro olacaq.
"Liverpul" xorvatiyalı oyunçunu 2014-cü ildə "Sauthempton"dan 20 milyon funt-sterlinqə transfer edib. Mersisaydlılarda 185 oyun keçirən Lovren Premyer Liqa, Çempionlar Liqası, UEFA Super kuboku və klublararası dünya çempionatının qalibi olub.
saytlarin hazirlanmasi