Rusiya kubokunun final görüşü keçirilib.
Sportal.az xəbər verir ki, həlledici görüşdə "Zenit" 1-ci divizion təmsilçisi "Ximki" ilə qarşılaşıb. Matç Sankt-Peterburq təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Bununla da "Zenit" 4-cü dəfə ölkə kubokunu qazanıb. Sergey Semakın çalışdırdığı komanda bu mövsüm Premyer Liqa çempionluğu da yaşayıb.
"Zenit" - "Ximki" - 1:0
Qol: Artem Dzyuba, 84 (pen.)