Premyer Liqanın bombardiri

22:55 - 26 İyul 2020

İngiltərə Premyer Liqasında 2019/20 mövsümünün bombardiri məlum olub.

 

Sportal.az xəbər verir ki, "Lester Siti"nin futbolçusu Ceymi Vardi çempionatda ən çox qol vuran futbolçu olub. 33 yaşlı hücumçu keçirdiyi 35 oyunda 23 qol vurub. Pyer-Emerik Obameyanq ("Arsenal", 22 qol) və Denni İnqz ("Sauthempton", 22 qol) 2-ci, Rahim Sterlinq ("Mançester Siti", 20 qol), 3-cü, Məhəmməd Salah ("Liverpul", 19 qol) 4-cü, Harri Keyn ("Tottenhem", 18 qol) 5-ci olublar.

 

"Mançester Siti"nin yarımmüdafiəçisi mövsüm ərzində 20 assist edib və bu göstəricidə 1-ci olub. "Şəhərlilər"in qapıçısı Ederson Moraeş 16 oyunda qapısını toxunulmaz saxlamaqla hamını qabaqlayıb.

Xəbər xətti