David Silva: "Mançesterin havası üçün də darıxacağam"

11:29 - 27 İyul 2020

"Mançester Siti"nin yarımmüdafiəçisi David Silva Premyer Liqanın 38-ci turunda "Norviç Siti" ilə matçdan sonra açıqlama verib.

 

Sportal.az xəbər verir ki, ispaniyalı futbolçu Premyer Liqada keçirdiyi son oyun barədə danışıb:

 

"Çox duyğulu vida oldu. Burada yaxşı futbolçularla birgə oynadım. 10 il bu komandada oynadım və hər kəslə yaxşı münasibətim var. Hamını sevirəm və onlar üçün darıxacağam. Premyer Liqa karyerama görə qürurluyam. Qazandığımız kuboklar və buna necə nail olduğumuz unudulmazdır. Bəxtim var və buna görə razıyam. Hətta Mançesterin havası üçün də darıxacağam. Ümid edirəm ki, Çempionlar Liqasını qazanarıq. Azarkeşlərsiz oynacağıq, amma sağlamlıq daha vacibdir".

 

İspan futbolçu 2010-cu ildə "Valensiya"dan "Mançester Siti"yə 28,75 milyon avroya transfer olub. Silva 10 il ərzində 4 dəfə Premyer Liqa çempionluğu yaşayıb və 2 dəfə Federasiya kubokunu qazanıb.

 

Xəbər xətti