İngiltərə Premyer Liqasında 2019/20 mövsümünün ən yaxşı baş məşqçisi müəyyənləşib.
Sportal.az xəbər verir ki, İngiltərə Məşqçilər Birliyi (MLA) "Liverpul"u 30 ildən sonra ölkə çempionu edən "Liverpul"un çalışdırıcısı Yurgen Kloppun bu mükafata yiyələndiyini açıqlayıb.
"Qırmızılar" almaniyalı mütəxəssisin rəhbərliyi ilə 2019/20 mövsümündə Premyer Liqa çempionu olub.
Çempionşipdə isə Premyer Liqaya çempion kimi yüksələn "Lids"in çalışdırıcısı Marselo Byelsa ən yaxşı baş məşqçi seçilib.
saytlarin hazirlanmasi